Hövzə Xəbər Agentliyinin paytaxt Tehran üzrə müxbirinin verdiyi məlumata görə, Milli Təhlükəsizlik Şurasının katibi Trampın təhdidlərinə cavab olaraq öz tvitter hesabında yazıb: Biz Amerika ilə heç bir danışıq aparmayacağıq. Tramp Amerika əsgərlərini İsrailin çirkin planları uğrunda qurban verir və indi də Amerika silahlı qüvvələrinin itki verməsindən çox narahatdır.
Əli Laricani öz tvitter hesabında yazıb: Tramp öz xülyasında tutduğu "Öncə Amerika" şüarını "Öncə İsrail" şüarına çevirərək, Amerika əsgərlərini İsrailin çirkin planları uğrunda qurban verir. O, həmçinin dünyada olan nüfuzunu qorumaq üçün müxtəlif yalanlar uyduraraq Amerika əsgər və ailələrindən istifadə edir.
İranın Milli Təhlükəsizlik Şurasının katibi vurğulayıb: Bu gün İran milləti özünü müdafiə edir. Eləcə də İran İslam Respublikasının silahlı qüvvələri təcavüzə başlamayıb.
Xəbərin sonu
Rəyiniz